Kommersiya rüşvətxorluğu və saxta rəsmi sənədin hazırlanması faktına görə bir nəfər məsuliyyətə cəlb edildi
Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları kommersiya rüşvətxorluğu və saxta rəsmi sənədlərin hazırlanması faktına görə bir nəfəri məsuliyyətə cəlb ediblər.
lnterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin istintaq xidmətindən məlumat verilib.
Məlumata görə, istintaq müəyyən edib ki, özəl daşınmaz əmlakın sertifikatlı qiymətləndiricisi olan cavabdeh qanunsuz maddi səmərə əldə etmək məqsədilə müvafiq məbləğdə pul müqabilində vətəndaşlardan birinə saxta hesabat tərtib edərək, Şida Kartli bölgəsində yerləşən 13 830 lari dəyərində kənd təsərrüfatına yararlı torpaq sahəsini 1 094 060 lari qiymətləndirib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin üçüncü hissəsi və 362-ci maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.


