24 
Avq
2022
13:26
1236

2022-ci ilin II rübündə Gürcüstandan ən çox ziyarət hansı ölkələrə edilib?

2022-ci ilin II rübündə Gürcüstan ərazisindən xarici ölkələrə 1515,2 min nəfər gürcü rezident ziyarətçi gedib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb.

Məlumata görə, səyahətlərin ən böyük hissəsini, 47,3 faizini 31-50 yaşlı səyahətçilər təşkil edib.

“Sözügedən saydan Gürcüstanın rezident ziyarətçilərinin xaricə səfərlərinin sayı 406,1 min nəfər təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3,9 dəfə çoxdur. Gürcüstanın rezident ziyarətçiləri xaricə 221,0 min turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 134,3 faiz çoxdur. Ziyarətlərin əksəriyyətini, 49,4 faizini 31-50 yaş qrupunda olan gürcü rezident ziyarətçilər təşkil edib. Qadınlar tərəfindən edilən ziyarətlərin sayı ümumi ziyarətlərin 46,5 faizini təşkil edib.

2022-ci ilin II rübündə ən çox ziyarət (42,5 faiz) alış-veriş məqsədilə edilib. Ən çox ziyarət Türkiyə və Rusiya Federasiyasına, müvafiq olaraq 234,7 min və 45,2 min ziyarət edilib. 2022-ci ilin II rübündə həyata keçirilən ziyarətlər zamanı çəkilən xərclər 456,8 milyon lari təşkil edib. Bir ziyarətin orta qiyməti isə, 1 124,7 lari təşkil edib”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın