Sentyabrın 12-dək olan hava proqnozu açıqlandı
Sentyabrın 9, 10 və 12-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.
Sentyabrın 11-12-də bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Gün ərzində havanın temperaturu Qərbi Gürcüstanın düzənliklərində +28, +33, Şərqi Gürcüstanın aran bölgələrində isə +24, +29 dərəcə təşkil edəcək.
Məlumata görə, sentyabrın 11-də Şərqi Gürcüstanın bəzi ərazilərində yağış yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu +18, +23 dərəcəyə enəcək, sentyabrın 12-də isə +25, +30 dərəcəyədək isti olacaq.
Sentyabrın 11-də Tbilisidə sərin (gündüz +20, +22 dərəcə) və günün birinci yarısında yağıntılı olacağı, sentyabrın 10 və 12-də isə havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu 26-28 dərəcə isti təşkil edəcək.


