16 
Sen
2022
10:54
813

Yanvar-avqust aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir açıqlandı

2022-ci ilin avqust ayında səyahətdən əldə edilən gəlir, pandemiyadan sonra ikinci dəfə 2019-cu ilin göstəricisini üstələyib.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasdan məlumat verilib. 

Məlumata görə, avqustda səyahətdən əldə edilən gəlir 522 945 221 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji göstəricisini +26,7% (110 158 684 ABŞ dolları) üstələyib, 2021-ci ilin avqust ayı ilə müqayisədə səyahət gəlirləri 324 158 964 ABŞ dolları (+163,1%) artıb.

“2022-ci ilin yanvar-avqust aylarında Gürcüstan beynəlxalq səyahətlərdən (turizm) 2,1 milyard dollar gəlir əldə edib.

Yanvar-avqust aylarında səyahətdən əldə edilən gəlir 2 141 568 321 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin göstəricisini 94,6% bərpa edib. 2021-ci ilin yanvar-avqust ayı ilə müqayisədə səyahət gəlirləri 1 437 776 241 (+204,3%) ABŞ dolları artıb”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın