20 
Sen
2022
13:17
844

Un artıq 10 lari ucuzlaşıb - Ucuzlaşma çörəyin qiymətinə necə təsir etdi?

“Buğdanın bazar qiyməti aşağı düşüb, ona görə də bizdə də ucuzlaşır, idxal bərpa olunub. Böyük dəyirmanların bəziləri artıq kiçik həcmlərlə iş prosesinə yenidən başlayıblar”.

lnterPress.ge xəbər verir ki, bu barədə “Baraka” dəyirmanının direktoru Lado Bicinaşvili bildirib.

Gürcüstan üçün əsas idxal ölkəsi olan Rusiyada buğda və unun qiymətinin ucuzlaşmasına yeni artıq məhsul yığımı və buğdaya tətbiq edilən gömrük rüsumunun aşağı salınması səbəb olub.

“Buğdanın bazar qiyməti aşağı düşüb, ona görə də bizdə də ucuzlaşır, idxal bərpa olunub. Böyük dəyirmanların bəziləri artıq kiçik həcmlərlə iş prosesinə yenidən başlayıblar. Bazarda hər şey öz əksini tapdı və bu gün bir kisə unun qiyməti 74-75 lari arasında dəyişir. Ötən ayların göstəricisini müqayisə etsək, 10 lari azalma var.

Bundan başqa, xaricdən gətirilən unun qiyməti də aşağı düşüb. “Baraka” yalnız Qərbi Gürcüstanda çörək istehsal edir və orada qiymət artıq 10 tetri aşağı salınıb. Çörəyin qiymətindən danışanda əsas maraq dairəsi Tiflisdir və onun burada nə qədər əks olunduğunu bilmirəm”, - deyə Lado Bicinaşvili bildirib.

 

Bizimlə əlaqə saxlayın