Gürcüstanın Müdafiə Qüvvələrinə 26 ton təhlükəsizlik yardımı təhvil verilib.
InterPress.ge xəbər verir ki, bu barədə Amerikanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
“Bu gün biz Gürcüstanın Müdafiə Qüvvələrinin imkanlarını gücləndirmək üçün onlara 26 ton təhlükəsizlik yardımı təhvil verdik. Bu 11,5 milyon dollarlıq avadanlıq ABŞ hökumətinin strateji tərəfdaşı olan Gürcüstanı dəstəkləməsinin yollarından biridir ”, - deyə məlumatda qeyd olunub.
