28 
Sen
2022
15:21
461

Polis “Droa” partiyası və vətəndaş fəallarının Lars sərhəd-keçid məntəqəsi yaxınlığında aksiya keçirməsinə icazə vermədi

“Droa” partiyasının nümayəndələri və vətəndaş fəallarına polis Lars sərhəd-keçid məntəqəsində aksiya keçirməyə icazə verməyib.

InterPress.ge xəbər verir ki, “Droa” nümayəndələri və fəallar hazırda Qveletidə, Lars sərhəd məntəqəsi ilə birləşən tunelin yaxınlığındadırlar, hadisə yerində səfərbər olan polisin qərarına əsasən, onların tuneldən keçib Larsa getməyə icazələri yoxdur.

Patrul Polis Departamentinin direktor müavini Kaxa Buxradzenin “Droa” nümayəndələrinə və fəallarına dediyinə görə, Lars nəzarət-buraxılış məntəqəsindən Gürcüstan istiqamətində hərəkət etmək çox çətindir, aksiya iştirakçılarının təhlükəsizliyini qorumaq üçün polis onların Laris sərhəd məntəqəsinə gedib aksiya keçirməsinə icazə verməyəcək.

Onun aksiya iştirakçılarına söylədiyinə görə, indi olduqları yerdə, yəni Qveletidə aksiya keçirmək imkanları var. 

Digər tərəfdən, “Droa” nümayəndələri polisə əlavə ediblər ki, onlar yolu bağlamaq fikrində deyillər. Buna görə də polisdən Lars sərhəd məntəqəsinə getmələrinə icazə verilməsini xahiş ediblər.

Onların dediyinə görə, aksiyanın məqsədi Gürcüstana daxil olan Rusiya vətəndaşlarının göstərdikləri plakatlara baxmaqdır. Aksiya iştirakçıları hesab edirlər ki, polisin tələbi qanuni olmasa da, onların vəzifəsi polislə qarşı-qarşıya gəlmək deyil. 

Qeyd edilənlərə əsasən, “Droa” nümayəndələri və fəalları aksiyanı Lars keçid məntəqəsi əvəzinə Qveletidə keçirəcəklər. Onlar əllərində Samaçablo və Abxaziyanın işğalı zamanı Rusiyanın Gürcüstana qarşı törətdiyi təcavüzü əks etdirən bannerləri tutublar.

Hadisə yerinə çoxlu sayda polis səfərbər olunub.

 

Bizimlə əlaqə saxlayın