Tbilisidə soyuq silahla bir nəfəri yaralayan şəxs saxlanıldı
Tbilisidə Zestafoni küçəsində soyuq silahla bir nəfəri yaralayan şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü T.N. -ni sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə saxlayıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il oktyabrın 1-də Tbilisi şəhəri, Nadzaladevi rayonu, Zestafoni küçəsində qarşılıqlı mübahisə zəminində 1991-ci il təvəllüdlü L.Ç.-ni soyuq silahla yaralayaraq hadisə yerindən qaçıb. Xəsarət alan şəxsə müvafiq tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.
Sağlamlığa qəsdən ağır zərər vurma faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə aparılır.
Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


