Şimali Koreya Yaponiyaya ballistik raket atıb
Şimali Koreya Yaponiyaya orta məsafəli ballistik raket atıb. Hokkaydo adasının şimal hissəsi üzərindən keçən raket yerli sakinləri sığınacaqlara getməyə vadar edib, qatarların hərəkətini dayandırıb.
InterPress.ge xəbər verir ki, bu barədə BBC yazıb.
Bildirilib ki, 2017-ci ildən bəri ilk dəfədir ki, Pxenyan Yaponiya üzərinə raket buraxıb. Yaponiya hakimiyyətinin məlumatına görə, raket Yaponiya sahillərindən təxminən üç min kilometr aralıda Sakit okeana düşüb.
Yaponiyanın baş naziri Fumio Kişida Şimali Koreyanın hərəkətini şiddətlə pisləyib və bunu zorakılıq hərəkəti adlandırıb.
Yaponiya hökuməti raket buraxılışı ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu, Pxenyanın son bir həftə ərzində atdığı beşinci raketdir. Ötən şənbə günü iki raket Yaponiyanın iqtisadi zonası yaxınlığında dənizə düşüb.
Bundan əvvəl ötən həftə ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlim keçirib.


