Gürcüstan Xarici İşlər Nazirliyi Cenevrədə keçirilən beynəlxalq danışıqların 56-cı raundu ilə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, danışıqlar zamanı əsas diqqət Cenevrədə keçirilən beynəlxalq danışıqların gündəliyinin əsas məsələlərinə yönəldilib ki, bu da 2008-ci il avqustun 12-də Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya tərəfindən imzalanmış atəşkəs sazişinin şərtlərinin tam şəkildə yerinə yetirilməsi zərurəti ilə bağlı olub.
Gürcüstan nümayəndə heyəti danışıqların gündəliyində duran ən mühüm məsələlərdən birinə - işğal olunmuş ərazilərdən məcburi köçkün və qaçqınların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına da diqqət yetirib.
