08 
Okt
2022
15:04
375

Gürcüstanın Baş naziri Azərbaycan Respublikasının energetika naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ilə görüşüb.

InterPress.ge xəbər verir ki, sözügedən məlumat hökumət administrasiyası tərəfindən yayılıb.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, o cümlədən nəqliyyat və enerji sahələrində müzakirələr aparılıb.

Gürcüstanın Azərbaycanla sıx əməkdaşlıq yolu ilə enerji təhlükəsizliyi istiqamətində regional əməkdaşlığı dərinləşdirməyə hazır olduğu vurğulanıb.

Etibarlı tranzit tərəfdaşı kimi Gürcüstanın bundan sonra da nəqliyyat layihələrinin həyata keçirilməsinə və inkişafına mühüm töhfə verəcəyi ifadə edilib.

Bu strateji layihələrin həyata keçirilməsinin Xəzər və Qara dənizlər vasitəsilə Asiyadan Avropaya yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracağı vurğulanıb.

Gürcüstanın baş naziri Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Azərbaycanın energetika nazirinə təşəkkür edib və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini təsdiqləyib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər