Qalidə gürcü tərəfi ilə müntəzəm görüşlər bərpa oluna bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Abxaziya mətbuatı məlumat verib.
Məlumata görə, Abxaziyanın de-fakto xarici işlər naziri İnal Ardzinba Rusiyanın Abxaziyadakı səfiri Mixail Şurqali ilə “İnsidentlərin qarşısının alınması və cavab tədbirləri mexanizmi” [IPRM] çərçivəsində müntəzəm görüşlərin bərpası imkanlarını müzakirə edib.
Abxaziya tərəfinin sözlərinə görə, Rusiya və Abxaziya tərəfləri qeyd olunan formatın yenilənməsində maraqlıdırlar.
Qalidəki PRM görüşləri 2012-ci ildə Abxaziya tərəfinin qərarı ilə dayandırılıb və 2016-cı ildə bərpa olunub, baxmayaraq ki, qısa müddət sonra yenidən dayandırılıb.
