15 
Nybr
2022
14:57
188

Oliver Varhey: "Biz Gürcüstana Rusiyanın təcavüzü zəminində mövcud olan çətinlikləri aradan qaldırmağa kömək edəcəyik"

"Biz Gürcüstana Rusiyanın təcavüzü zəminində mövcud olan çətinlikləri aradan qaldırmağa kömək edəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə Genişlənmə və Qonşuluq Məsələləri üzrə Avropa komissarı Oliver Varhey Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə birgə mətbuat konfransında bildirib.

“Gürcüstanda olarkən ərazi bütövlüyünün pozulduğu barədə danışmaqdan qaça bilməzsiniz. Ukraynadakı müharibə və 2008-ci il müharibəsi göstərir ki, biz Rusiyanın təcavüzü ilə üzləşən bütün ölkələri dəstəkləməliyik. Ona görə də mesajımı vurğulamaq istərdim ki, biz Gürcüstanın ərazi bütövlüyünün yanındayıq və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Biz şübhəsiz ki, Gürcüstana bu təcavüz əsasında mövcud olan çətinlikləri aradan qaldırmağa kömək edəcəyik”, - Oliver Varhey bildirib.

Bizimlə əlaqə saxlayın