Tbilisidə sevgilisini öldürən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü S.A.-ni qəsdən adam öldürmə maddəsi ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə yeni tanış olduğu qadın - 1986-cı il təvəllüdlü Ş.Ğ.-yə qarşılıqlı mübahisə zəminində çoxsaylı xəsarətlər yetirib. Qadın yerindəcə ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları S.A.-ni Tbilisidə saxlayıblar.
Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə araşıdrma aparılır.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


