03 
Dek
2022
12:02
497

Saxta sənədlər hazırlayan şəxslər saxlanıldı

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Şöbəsi saxta sənədlər hazırlamaq və satmaq faktı üzrə 3 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, Əks-kəşfiyyat şöbəsi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin 2-ci hissəsinin “B” yarımbəndi ilə cinayət işi açıb.

Qeyd olunan faktla bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Gürcüstanın müxtəlif bölgələrində cinayətkar qruplaşmanın üzvlərinin şəxsi, habelə yaşadıqları və kirayə götürdükləri mənzillərə baxış keçirilib, nəticədə müxtəlif ölkələrin saxta sənədləri aşkar edilib. Bunlara sürücü və şəxsiyyət vəsiqələri, diplomlar və digər növ sənədlər daxildir.

Eyni zamanda, cinayət işində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə onlara qarşı əlavə sübutlar toplanır.

Cinayət 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın