Rusiyanın Kursk vilayətində yerləşən aerodrom pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
InterPress.ge xəbər verir ki, hadisə haqqında qubernator Roman Starafoits məlumat yayıb.
“Dronların hücumu nəticəsində Kursk aerodromunun ərazisində neft saxlama çəni yanıb. Hadisə nəticəsində insan tələfatı olmayıb. Yanğının lokallaşdırılması işləri aparılır. Yerlərdə xüsusi xidmət orqanları işləyir”- deyə Starafoits bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ukraynalıların Rusiyanın Ryazan və Saratov rayonlarında yerləşən aerodromlara pilotsuz uçuş aparatları ilə hücum təşkil etdiyini, nəticədə 3 əsgərin öldüyünü, 4-nün isə yaralandığını açıqlamışdı.
