06 
Dek
2022
12:08
1696

Sinoptiklər dekabrın 8-dək olan hava proqnozunu açıqladı

Dekabr ayında bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

InterPress.ge xəbər verir ki,  7-8 dekabr tarixlərində də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 

Məlumata əsasən Aran rayonlarında havanın temperaturu gündüz +12, +17 dərəcəyədək yüksələcək.

Həmçinin Şərqi Gürcüstanda dekabrın 8-dək soyuq, buludlu və dumanlı, bəzən isə qarlı hava şəraiti davam edəcək. Dekabrın 8-də günəşli hava gözlənilir, gündüz temperatur +8 dərəcəyədək yüksələcək.

Paytaxt Tbilisidə dekabrın 8-dək soyuq, buludlu və dumanlı hava şəraiti gözlənilir. Həmçinin az  miqdarda qar da müşahidə oluna bilər. Dekabrın 8-də hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti təşkil edəcək.
 

Bizimlə əlaqə saxlayın