Teymuraz Kupatadze "Bütün ölkə üzrə istintaq tədbirləri davam etdirilir, 20-yə yaxın narkotik alverçisi saxlanılıb"
Bütün ölkə üzrə, müxtəlif şəhərlərdə, o cümlədən Tbilisidə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin rəisi Teymuraz Kupatadze məlumat verib.
Kupatadzenin sözlərinə görə, hazırda 20-yə yaxın narkotik alverçisi həbs edilib.
“Bu gün səhər saatlarından etibarən ölkənin müxtəlif şəhərlərində, o cümlədən Tbilisidə, Ponicala ərazisində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin qərarı əsasında külli miqdarda narkotik vasitələrin qanunsuz saxlanması, alınıb satılması ilə məşğul olan 20-yə yaxın narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici vətəndaşlar var. Polis tədbirləri gün ərzində davam etdirəcək və saxlanılanların sayının artacağı müşahidə olunu" - Teymuraz Kupatadze bildirib.


