09 
Yan
2023
11:01
279

Ermənistanın Gümrü şəhərində etiraz aksiyası keçirilib

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının yaxınlığında etiraz aksiyası keçirilib.

InterPress.ge Ermənistan mediasına istinadən xəbər verir ki, “Milli-Demokratik Qütb” siyasi qüvvəsinin təşkil etdiyi aksiyada polis bir neçə nəfəri həbs edib.

Məlumata görə, mitinq iştirakçıları ilə polis arasında qarşıdurma nümayişçilərin 102-ci Rusiya hərbi bazasına yaxınlaşmasından sonra başlayıb. Aksiya iştirakçıları Ana Ermənistan abidəsinə doğru yürüş təşkil ediblər.

Qeyd edək ki, aksiya təşkilatçıları bir müddət əvvəl 28 gündür bağlı olan Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə əlaqədar 102-ci bazanın girişlərini bağlamağa hazırlaşdıqlarını açıqlamışdılar. Nümayişçilər Rusiya hərbçilərindən öhdəliklərini yerinə yetirməyi və Laçın dəhlizinin açılmasını tələb ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər