10 
Yan
2023
13:36
4225

Tbilisi Şəhər Məhkəməsi Xanım Ceyranovanı alçaldan və intihar etməsinə səbəb olan dörd nəfəri təqsirli bilib

Tbilisi Şəhər Məhkəməsi 2014-cü il sentyabrın 16-da Saqareco rayonunun Ləmbəli kəndində Xanım Ceyranovanı alçaldan dörd nəfəri təqsirli bilib.

InterPress.ge xəbər verir ki, bununla bağlı prokurorluq məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxslər kənd sakinlərinin yanında zərərçəkmişin ünvanına alçaldıcı sözlər deyib, onu təhqir edib və qadına yaraşmayan davranışına görə cəzalandırılmalı olduğunu bildiriblər. Cinayətkar dəstə üzvlərinin əməlləri zərərçəkmişin mənəvi iztirablarına səbəb olub və bu səbəbdən o, 2014-cü il sentyabrın 18-də intihar edib.

“Məhkəmə iclasında tədqiq edilmiş sübutlar təsdiq edib ki, 2014-cü il sentyabrın 16-da Saqareco rayonunun Ləmbəli kəndində təqsirləndirilən şəxslər zərərçəkmişin qadına yaraşmayan hərəkətlər etdiyini hesab ediblər, onun ləyaqətini və şərəfini alçaldıblar, şifahi və fiziki təhqir ediblər, bundan sonra zorla maşına mindirərək kəndin mərkəzinə, insanların toplaşdığı yerə aparıblar. Müttəhimlər kənd sakinlərinin yanında alçaldıcı sözlərlə zərərçəkmişə müraciət edib, onu təhqir edib və qadına yaraşmayan davranışına görə cəzalandırılmalı olduğunu bildiriblər.

Cinayətkar dəstə üzvlərinin əməlləri zərərçəkmişin mənəvi iztirablarına səbəb olub və bu səbəbdən o, 2014-cü il sentyabrın 18-də intihar edib. 

Məhkəmə dörd nəfərin hamısını Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin “E” və “V” yarımbəndləri ilə təqsirli bilib və onların barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. 

Qeyd edək ki, bu cinayət işində bir nəfər də qanunsuz azadlıqdan məhrumetmə və alçaldıcı rəftarda ittiham olunub, onun işinə Tbilisi Şəhər Məhkəməsində andlılar kollegiyasının iştirakı ilə baxılacaq”, - məlumatda deyilir.
 

Bizimlə əlaqə saxlayın