13 
Yan
2023
14:27
1186

Gürcüstanda havalar nə vaxt açılacaq?

Qərbi Gürcüstanda yanvarın 13-14-də yağmursuz və küləkli hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, yanvarın 15-dən küləyin tamamilə dayanacağı, yanvarın 20-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Aran rayonlarında havanın temperaturu gündüz +11, +16 dərəcəyədək yüksələcək.

Yanvarın 14-ü səhərədək Gürcüstanın şərqində soyuq, buludlu, dumanlı, bəzən qarlı hava şəraiti davam edəcək. Bundan sonra yanvarın 20-dək hava şəraiti əsasən yağmursuz keçəcək. Yanvarın 17-dək gecə saatlarında şaxta daha da güclənəcək. Gecə havanın temperaturu -4, -9 dərəcə təşkil edəcək. Yanvarın 17-dən şaxta zəifləyəcək, gündüz temperatur +4, +9 dərəcəyədək yüksələcək.

Yanvarın 14-ü səhərədək Tbilisidə soyuq, buludlu, dumanlı və qarlı hava şəraiti davam edəcək. Yanvarın 20-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə -3,  -5 dərəcə təşkil edəcək, gündüz 7-9 dərəcəyədək yüksələcək.

Bizimlə əlaqə saxlayın