Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Kaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaq
TVCANLI

EBRD Tbilisi metrosunun modernləşdirilməsinə 50,6 milyon avro kredit ayırıb

271
EBRD Tbilisi metrosunun modernləşdirilməsinə 50,6 milyon avro kredit ayırıb
Dinləmək üçün basın

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gürcüstanda ekoloji ictimai nəqliyyatın inkişafına dəstək çərçivəsində Tbilisi şəhərində 12-yə qədər metro stansiyasının bərpası və modernləşdirilməsinə 50,6 milyon avro…

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gürcüstanda ekoloji ictimai nəqliyyatın inkişafına dəstək çərçivəsində Tbilisi şəhərində 12-yə qədər metro stansiyasının bərpası və modernləşdirilməsinə 50,6 milyon avro kredit ayırıb.

InterPress.ge xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.

Bildirilir ki, maliyyə paketinə Yaşıl İqlim Fondundan (GCF) 5 milyon avroya qədər investisiya qrantı da daxildir. Tbilisi davamlı investisiyalar və siyasət tədbirləri vasitəsilə ekoloji problemlərini həll etməkdə üzvlərə dəstək verən EBRD-nin "Yaşıl Şəhərlər" proqramına qoşulan ilk şəhərlərdən biri olub. Eyni zamanda Tbilisi "Yaşıl Şəhər" Fəaliyyət Planını (GCAP) hazırlayan ilk şəhərlərdən biridir.

Yeni kreditin məqsədlərindən biri insanları şəxsi nəqliyyatdan ictimai nəqliyyata keçməyə təşviq etməyə yönəldiləcək.

“Bu gün EBRD ilə Tbilisi Metropoliteninin Müasirləşdirilməsi üzrə Kredit Sazişi imzalamaqla, biz Gürcüstanın ətraf mühitini və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində səylərimizi daha da irəli daşıyacağımıza ümid edirik. Həmçinin layihənin uğurla başa çatdırılması ilə metro sisteminin əlçatanlığını, etibarlılığını və təhlükəsizliyini artırmaqla daha çox insanı ictimai nəqliyyatdan istifadə etməyə həvəsləndirəcəyinə ümid edirik. Layihə metro stansiyalarının enerji səmərəliliyini artıracaq, bu da şəhərə daha effektiv infrastrukturun qurulmasına kömək edəcək və iqlimə davamlılığın artmasına səbəb olacaq”, - Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili deyib.

Xatırladaq ki, EBRD bu günə qədər Gürcüstanda 283 layihənin maliyyələşdirilməsinə 5 milyard avro sərmayə yatırıb, bunun da 80 %-dən çoxu özəl sektorun payına düşüb

Bankın ölkədəki əsas investisiya portfelinə maliyyə sektoru, dayanıqlı infrastruktur, istehsal və xidmət sahələri, kiçik və orta sahibkarlıq daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbSon xəbərlərə bax →