Ukraynanın Donetsk vilayətində, Soledar yaxınlığında Ukrayna hərbçiləri Rusiyanın SU-25 hücum təyyarəsini məhv edib.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbi təyyarə yanvarın 17-də vurulub.
“Rusiyanın daha bir Su-22 hücum təyyarəsi Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi tərəfindən Soledar şəhərinin şərq istiqamətində məhv edilib”, - məlumatda deyilir.
