26 
Yan
2023
14:18
634

TESLA-nın gəlirləri rekord həddə çatıb

Elektrikli avtomobillər istehsal edən Amerika şirkəti Tesla-nın gəlirləri 2022-ci ilin dördüncü rübündə rekord səviyyəyə yüksəlib.

InterPress.ge xəbər verir ki, məlumata görə, ümumilikdə, hesabat dövründə şirkət 24,3 milyard dollar gəlir əldə edə bilib.

Əldə edilən gəlirin 21,3 milyard dolları birbaşa elektrik avtomobillərinin satışından əldə edilib.

IV rübdə qeydə alınan göstərici analitiklərin proqnozunu demək olar ki, 200 milyon dollar üstələyir və ötən ilin analoji dövrünün nəticəsini 33% üstələyir.

Gəlirlərin artmasına baxmayaraq, elektromobillərin satışından əldə edilən mənfəət marjası azalıb ki, bu da 26% daxilindədir. Bu son dəyişiklik göstərir ki, Tesla artıq elektrikli avtomobil bazarında digər böyük avtomobil istehsalçıları ilə rəqabət aparır. Analitiklərin fikrincə, zaman keçdikcə mənfəət marjası daha da azalacaq, xüsusən də Çin elektrik avtomobil istehsalçıları ABŞ bazarına daxil olduqda.

Yeri gəlmişkən, Çin Tesla şirkətinin rəhbəri İlon Maskın investorlarla görüşündə danışdığı əsas məsələlərdən biridir. Maskın sözlərinə görə, Çin şirkətləri ən səylə işləyir və Tesla üçün ən böyük təhlükə Amerika və ya Avropa analoqları deyil, Asiya şirkətləridir.

Qənaətbəxş rüblük nəticələrlə yanaşı, Tesla Nevada ştatında yeni fabriklərin tikildiyini də açıqladı və ilkin investisiya həcmi 3,6 milyard dollardır.

Gözlənildiyi kimi, yuxarıda qeyd olunan müsbət xəbər investorlar və treyderlər tərəfindən müsbət qarşılandı - bazarın açılmasından bir neçə saat əvvəl Tesla səhmlərinin dəyəri demək olar ki, 8% artdı.
 

Bizimlə əlaqə saxlayın