26 
Yan
2023
14:22
2356

Fevralın 4-dək Gürcüstanda gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 26-27-də Gürcüstanda yağmursuz hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərdə gözlənilən hava şəraitini açıqlayıb.

Yanvarın 28-dən fevralın 4-dək vaxtaşırı yağıntılı hava şəraiti gözlənilir. Dağlarda və yüksək dağlıq ərazilərdə bəzi yerlərdə qar yağacaq. Yanvarın 27-28-də Qərbi Gürcüstanın düzənliklərində gün ərzində havanın temperaturu +12, +17 dərəcə olacaq, yanvarın 29-dan isə 3-4 dərəcə aşağı enəcək. Şərqi Gürcüstanın aran bölgələrində +6, +11 dərəcə isti gözlənilir.

Yanvarın 26-28-də Tbilisidə hava yağmursuz keçəcək. Yanvarın 29-31-də bir qədər yağış yağa bilər. Yanvarın 29-dək havanın temperaturunun -2, -4 dərəcə təşkil edəcəyi, yanvarın 29-dan isə nisbətən istiləşəcəyi, havanın temperaturu gecə +1, +3, gündüz +10, +12 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın