27 
Yan
2023
11:29
240

Avropa Şurası Parlament Assambleyası Gürcüstan hakimiyyətinə çağırış edir

Avropa Şurası Parlament Assambleyası Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün Gürcüstan hakimiyyətini Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyə çağırır.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə deyilir.

Sənəddə bildirilir ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstanın öz öhdəliklərini yerinə yetirməkdə əldə etdiyi irəliləyişi alqışlayır və bütün siyasi qüvvələri bu qətnamədə qeyd olunan qalan tövsiyələrə əməl etməyə  və narahatlıqları aradan qaldırmağa çağırır.

Eyni zamanda, Assambleya ölkədəki kəskin siyasi qütbləşmədən narahatlığını ifadə edir.

“Asambleya ölkədəki kəskin siyasi qütbləşmədən narahat olaraq qalır ki, bu da islahatların həyata keçirilməsinə və ölkənin gələcək demokratik konsolidasiyası və Avro-Atlantik inteqrasiyası üçünolan islahatlarda maraqlı tərəflərin iştirakına təsir göstərir. Assambleya hökuməti ölkədə həqiqətən müstəqil məhkəmə sisteminin təmin edilməsi üçün məhkəmə islahatlarının hərtərəfli, müstəqil qiymətləndirilməsini həyata keçirməyə çağırır. Assambleya media ilə bağlı son hadisələri və bununla bağlı səslənən narahatlıqları nəzərə alır. O, hakimiyyəti media mühitindəki gərginliyi azaltmaq üçün bütün mümkün addımları atmağa çağırır. Assambleya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini və Gürcüstanın Abxaziya və Çxinvali/Cənubi Osetiya bölgələrinin Rusiya Federasiyası tərəfindən qanunsuz işğalı və sürəkli ilhaqından narahatlığını bəyan edir və bunu qınayır. Avropa Şurası Parlament Assambleyası Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün Gürcüstan hakimiyyətini Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyə çağırır”, - deyə qətnamədə bildirilir.

Bizimlə əlaqə saxlayın