29 
Yan
2023
16:12
514

“Qırmızı Körpü” Qeyri-hökumət təşkilatının vətəndaş inkişafı məktəbi fəaliyyətə başlayır - QEYDİYYAT OLUN

Əgər siz ictimai fəallıqla daha çox məşğul olmaq, ətrafınızda baş verənlər haqqında daha çox məlumata sahib olmaq, öz hüquqlarınız haqqında daha çox bilmək və ölkənizin inkişafı üçün daha yaxşı işlər görmək istəyirsinizsə, o zaman bura gəlməlisiniz! “Qırmızı Körpü” Qeyri-hökumət təşkilatı vətəndaş inkişafı məktəbi açır.

Vətəndaş İnkişaf Məktəbində nəzərdə tutulan kurslar 3 istiqamətdə başlayacaq:

Vətəndaşlıq şüurunun formalaşması üçün gənclərin vətəndaş məsuliyyətinin artırılması və gücləndirilməsi;

Media məlumatlılığının artırılması və vətəndaş maarifləndirilməsi;

Gürcü dili kursları;

Qeyd olunan layihə 5 ay müddətində davam edəcək.

Üç istiqamət üzrə davam edəcək kurslarda İliya Dövlət Universitetindən xüsusi dəvət olunmuş müəllim, gürcü dili kursuna rəhbərlik edəcək və ehtiyac olduqda iştirakçıların maraqlarına uyğun addımlar da atılacaq.

Həftəsonları jurnalistlərin, ictimai xadimlərin - tanınmış şəxslərin rəhbərlik etdiyi xüsusi dəvət olunmuş mühazirələrə həsr olunacaq.

Mühazirə kurslarında yüksək fəallıqla iştirak edəcək gənclər Gürcüstanın aparıcı televiziyalarında, Gürcüstan Parlamentində və Tbilisi Bələdiyyə Məclisində təcrübə proqramında iştrak etmək imkanı əldə edəcəklər. Ayrıca, Vətəndaş İnkişaf Məktəbinin kurslarında fəallıq edən gənclərdən iki nəfərə uzun müddətli təqaüd də veriləcək. Aylıq layihə sona çatdıqda, xüsusi tapşırıqlar və aktivliklər elan olunacaq və konkursda qalib olanlara dəyərli hədiyyələr veriləcək.

Məktəb fəaliyyətlərimizə və layihələrimizə qoşulmaq üçün: CV-i göstərilən e-poçt ünvanına göndərin: [email protected]

Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın T: 558961586 Layihəyədə iştirak etmək istəyənlərin nəzərinə! Yalnız 17-27 yaş arası gənclər qəbul olunur. 

Qeyd: Layihəyə qoşulmaq üçün CV-n qəbulu Fevral ayının 15 qədər davam edəcək.

Layihədə iştirak edənlər müsahibə əsasında seçiləcək.

Layihə “Qırmızı Körpü” QHT tərəfindən həyata keçirilir, layihənin dəstəkçiləri “Nika Rurua” Fondu, “Qafqaz Universiteti”, “İliya Dövlət Universiteti” və “Gürcüstan Universiteti”dir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər