02 
Fev
2023
13:44
4864

NDI - Gürcüstan əhalisinin əksəriyyəti Rusiya vətəndaşları üçün viza rejiminin yaradılmasının tərəfdarıdır

Milli Demokratiya İnstitutunun (NDI) yeni sorğusuna əsasən, əhalinin əksəriyyəti Rusiya vətəndaşları üçün viza rejiminin yaradılmasının tərəfdarıdır.

InterPress.ge xəbər verir ki, NDI-nin sorğusuna əsasən, 69% bu suala müsbət cavab verib, 21% viza rejiminin tətbiq edilməməli olduğunu, 10% isə bilmədiyini bildirib.

Sorğunun nəticələrinə görə, Tbilisidə, 18-34 yaş qrupunda, qadınlar və müxalifət tərəfdarları arasında viza rejiminə dəstək daha da yüksəkdir.

NDI-nin araşdırması göstərir ki, Gürcüstan vətəndaşlarının Rusiya hökumətinə münasibəti birmənalı olaraq mənfidir:

Rusiya hökumətindən fərqli olaraq, əhalinin rus xalqına münasibəti müsbətdir - suala 56% müsbət, 38% mənfi cavab verib, 6% bilmədiyini bildirib, 1% isə cavab verməkdən imtina edib.

Bizimlə əlaqə saxlayın