Tbilisidə 15 yaşlı yeniyetmə yaralanıb. Hadisə Poniçalada baş verib.
InterPress.ge xəbər verir ki, mövcud məlumata görə, 2 azyaşlı arasında mübahisə yaranıb, bu zaman bir yeniyetmə bıçaqla digərinin ayağına xəsarət yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlını isti izlərlə yaxalayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə araşdırma aparılır.
