01 
Mar
2023
14:20
251

Kobuletidə 30 yaşlarında gənc ölü tapılıb

Kobuletidə 30 yaşlarında gənc ölü tapılıb. 

InterPress.ge xəbər verir ki, hadisə Ağmaşenebeli küçəsində baş verib.

Yerli sakinlərin sözlərinə görə, 30 yaşlı oğlanın meyiti ekspertizaya aparılıb.

Gəncin ölüm səbəbi hələlik məlum deyil.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və ekspert-kriminalistlər səfərbər edilib.

Bizimlə əlaqə saxlayın