Polis aksiyanın keçirildiyi Gürcüstan parlamentinin yaxınlığında bir iştirakçılarından bir neçəsini yaxalayıb.
Ərazidə aksiya iştirakçıları tərəfindən deputatların əksəriyyəti üçün “rüsvayçılıq dəhlizi” təşkil etmək planlaşdırılırdı.
Aksiya iştirakçıları parlamentin hər iki girişində dayanaraq “Ruslar! Qullar!"şüarları səsləndirirdilər.
İştirakçılar birgə komitənin iclasında müzakirə olunan “Xarici təsir agentləri haqqında” qanun layihəsinə etiraz edirlər.
