Parlamentdə "agentlər" haqqında qanunun komitə müzakirəsi başlayıb
Parlamentdə "agentlər" haqqında qanunun komitə müzakirəsi başlayıb.
InterPress.ge xəbər verir ki, müzakirələrə paralel olaraq, qanunverici orqandan kənarda aksiya keçirilir.
Vətəndaş fəalları, jurnalistlər, üçüncü sektorun nümayəndələri qeyd olunan qanuna etiraz edirlər.
İclas başlamazdan əvvəl parlamentdə məhdudiyyətlər qüvvədə olub. Komitə otağının yaxınlığında xüsusi dövlət mühafizə xidmətinin nümayəndələri səfərbər edilib, onlar yalnız xüsusi icazəsi olan şəxsləri iclasa buraxıblar.
Qanun layihəsinin təşəbbüskarı “Xalqın gücü”dür. Təşəbbüsə əsasən, gəlirinin 20%-dən çoxunu xaricdən əldə edən istənilən media və ya qeyri-hökumət təşkilatı “xarici təsir agenti” kimi qeydiyyatdan keçməlidir.
Tənqiddən sonra “Xalqın gücü” Amerika versiyasının tam analoqu olduğunu iddia etdikləri “Xarici Agentin Qeydiyyatı Aktı haqqında” ikinci layihəni də açıqlayıblar.
“Gürcü Arzusu” qanun layihəsini dəstəkləməyə hazırlaşır. Təşəbbüs Gürcüstanın həm ABŞ, həm də Avropa İttifaqındakı beynəlxalq tərəfdaşlarının sərt tənqidi ilə müşayiət olunub. Tərəfdaşlar bunun ölkənin Avroatlantik gələcəyini təhdid etdiyini birbaşa deyiblər.


