09 
Mar
2023
05:21
559

Tbilisidə gərginlik hökm sürür - Etirazçılar avtomobili yandırıblar

Etirazçılar Rustaveli prospektində avtomobili aşıraraq maşını yandırıblar.

InterPress.ge məlumat verir ki, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları yanğını su ilə söndürsələr də, avtomobil yenidən alovlanıb və demək olar ki, tamamilə yanıb.

Eyni zamanda, mitinq iştirakçıları hələ də ərazidə zibil qutuları və digər əşyalarla barrikadalar qurmağa çalışırlar.

Məlum olduğu kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları Kaşueti kilsəsinin yaxınlığında, etirazçılar isə “Tbilisi Marriott” otelinin yaxınlığındadırlar.

Bundan əvvəl ərazidə gərgin vəziyyət hökm sürürdü. Xüsusi təyinatlılar növbəti dəfə aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər. Polisdən dağılışmaq xəbərdarlığı eşidilib, lakin etirazçılar tabe olmayıb və hələ də ərazidə qalıblar.

Bizimlə əlaqə saxlayın