13 
Mar
2023
21:34
1824

Rusiya KİV: "Gürcüstandan Rusiyaya gedənlərin sayı artıb"

Şimali Osetiyada Gürcüstan ərazisindən Rusiyaya daxil olanların sayında artım müşahidə olunub. Ötən həftə ərzində 14 mindən çox insan "Zemo Larsi" keçid məntəqəsini keçib. 

InterPress.ge Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya regionunun baş nazirinin müavini İrbek Tomayev məlumat verib.

“Son bir həftə ərzində "Zemo Larsi" keçid məntəqəsini hər iki istiqamətdə 26 mindən çox insan keçib. Qeyd edək ki, Rusiya Federasiyasının ərazisinə daxil olanların sayı artıb - 14 min nəfərdən çox”, - Tomaev “Ria Novosti”yə bildirib.

Agentlik yazır ki, Rusiyaya girişlərdə tıxaclar barədə məlumat Gürcüstanda ötən həftə etiraz aksiyaları fonunda yaranıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər