18 
Mar
2023
11:26
522

Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb

2022-ci il fevralın 24-dən indiyədək 3297 Rusiya və 78 Ukrayna vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan rusiyalılardan gələn müraciətlərin demək olar ki, 40%-ni, ukraynalılardan gələn müraciətlərin isə 37%-ni təmin edib.

Gürcüstan pasportu alan vətəndaşların əksəriyyətinin vətəndaşlığı bərpa olunub. O cümlədən, 1668 rusiyalı və 32 ukraynalı vətəndaşlığın bərpası prosedurundan keçib. 1625 rusiyalı və 46 ukraynalı isə vətəndaşlıq alma prosedurundan istisna hal kimi istifadə edib.

Qeyd edək ki, xarici dövlətlərin vətəndaşlarının ölkə qarşısında xüsusi xidmətləri olduqda və ya onlara Gürcüstan vətəndaşlığının verilməsi dövlət maraqlarından irəli gələrsə, Gürcüstan vətəndaşlığı istisna olaraq verilə bilər. Bu, xüsusilə, Gürcüstanı vətəni hesab edən, əcdadları Abxaziya və ya Sxinvali bölgəsində yaşamış şəxslərə, eləcə də Gürcüstana əhəmiyyətli sərmayələr qoyan şəxslərə aiddir.

Ümumilikdə, 24 fevral 2022-ci il tarixindən 8 fevral 2023-cü il tarixədək Rusiya və Ukrayna vətəndaşlarından Gürcüstan vətəndaşlığının alınması üçün 8544 müraciət daxil olub.

Bizimlə əlaqə saxlayın