19 
Mar
2023
15:30
226

“MUSLİM MEDİA”nın səkkiz illiyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Tbilisidə “Muslim Media” internet televiziyasının 8 illiyi münasibəti ilə tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, internet tv əməkdaşlarının, din xadimləri və media nümayəndələrinin iştirak etdiyi tədbirdə informasiya cəmiyyətinin inkişafında və mədəni tərəqqi və maarifləndirmə sahəsində sosial şəbəkələrin rolu, ondan düzgün istifadə, dünyada internetdən istifadə sahələrinin statistikası və s. mövzularda çıxışlar edilib, media konspektinin müsbət aspektləri haqqında fikir mübadiləsi aparılıb.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə TV-nin rəhbəri Məşədi Vidadi Qurbanova, əməkdaşı Əli Abbas müəllimə və verilişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və qardaşlara təşəkkür edib. O, İnternet TV-nin səkkiz il müddətində hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı, dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirib. 

Sonda yerli informasiya portallarına və dini medianın əməkdaşlarına Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib, “Muslim Media”nın səkkiz illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Bizimlə əlaqə saxlayın