Qabal kəndində Novruz tədbiri keçirilib
Laqodexi rayonunun Qabal kəndində 22 mart tarixində Novruz Bayramı tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, ictimai fəal Elvin Tağıyevin verdiyi müsahibəyə görə, şənlikdə yerli sakinlərlə yanaşı Laqodexi bələdiyyəsinin meri Condo Mdivnişvili, bələdiyyə məclisinin sədri Kaxa Camburia və digər nümayəndələr iştirak ediblər.
Tədbirə qatılan bələdiyyə meri Condo Mdivnişvili və bələdiyyə məclisinin sədri Kaxa Canburia, azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib. Hökümət nümayyəndələri, Novruzu qeyd edən vətəndaşlara eləcə də bayramı qeyd edən dünyanın digər ölkələrinin xalqlarına sülh, əmin-amanlıq və bərəkətli bir baharın gəlişini arzulayıblar.
Tədbir Qabal elinin musiqi sənətçilərinin və Qaraçöp elindən dəvət olunmuş tanınmış müğənni Xəlil Qaraçöpün ifaları ilə davam edib. Konsert təbdirinə həmçinin gürcü folklorunun rəks ansamblları da iştirak ediblər.
Konsert şənliyi yekunlaşdıqdan sonra, tədbir ənənəvi güləş turniri ilə günün sonuna kimi davam edib. Turnirə azərbaycanlı gənclərlə yanaşı etnik gürcü və osetin gənclər də qatılmışdır.


