"Tbilisi hava limanı” və “Sarp” gömrük-keçid məntəqələrində qanun pozuntusu aşkar edilib
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən “Tbilisi hava limanı” və “Sarp” gömrük-keçid məntəqələrində müxtəlif ölkə vətəndaşlarının həm fiziki yoxlanılması, həm də çantalarına hərtərəfli baxış nəticəsində bəyan edilməmiş məbləğlər: 185 200 ABŞ dolları və 311 698 lari aşkar edilib.
InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.
Məlumata görə, bəyan edilməmiş pulların ümumi məbləği Milli Bankın məzənnəsinə əsasən, 476 836,35 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin birinci və ikinci hissələrinə uyğun olaraq qanunu pozan vətəndaşlar ümumilikdə 13 min lari, həmin maddənin üçüncü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaş isə 30 904,8 lari məbləğində cərimə olunub (məbləğin 10%-i).


