Baş nazir: "Bu gün həm ağrı, həm də qürur günüdür"
"Bizə öz qanları bahasına azadlıq yolunu açmış qəhrəmanların aydın xatirəsini bir daha ehtiramla yad edəcəyik, qəhrəmanlıq günlərində yekdilliklə, fədakarlıq və dəstəklə təkcə Gürcüstanın deyil, həm də Sovet İttifaqı ölkələrinin gələcəyini müəyyən edən hər bir vətəndaşa minnətdarlığımızı bildirəcəyik".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili "Facebook" sosial şəbəkəsində yazıb.
Hökumət başçısının qeyd etdiyinə görə, aprelin 9-da azadlıq ideyası ilə birləşən bütün Gürcüstan müstəqil, demokratik, Avropa ölkəsi qurmaq qərarını dünyaya bəyan edib və sovet rejiminin vəhşiliyi isə gürcü xalqının iradəsi, onun müstəqillik istəyini gücləndirib.
"Zviad Qamsaxurdiya deyirdi: “Millətdən hər şeyi almaq olar, amma azadlıq hissini heç kim əlindən ala bilməz”. Bütün tariximizi müəyyən edən bu hiss 1989-cu il aprelin 9-da ən bariz şəkildə özünü göstərdi.
Bu gün həm ağrı, həm də qürur günüdür. Bizə öz qanları bahasına azadlıq yolunu açmış qəhrəmanların aydın xatirəsini bir daha ehtiramla yad edəcəyik, qəhrəmanlıq günlərində yekdilliklə, fədakarlıq və dəstəklə təkcə Gürcüstanın deyil, həm də Sovet İttifaqı ölkələrinin gələcəyini müəyyən edən hər bir vətəndaşa minnətdarlığımızı bildirəcəyik. Daha yaxşı Gürcüstana doğru irəliləyişimiz azadlıq idealı ətrafında yekdilliyə əsaslanmalıdır”, - İrakli Ğaribaşvili qeyd edib.


