Saxta ABŞ dollarları hazırlayıb satan şəxslər saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta valyuta əldə etmək, saxlamaq və satmaq faktı üzrə Gürcüstan vətəndaşları - N.Q., B.B., Z.S. və L.B.-ni yaxalayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat verib.
İstintaqla müəyyən edilib ki, cinayətkar qruplaşmada iştirak edən şəxslər 2023-cü ilin mart və aprel aylarında 3050 ABŞ dolları müqabilində 6100 ABŞ dolları satıblar,bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən tutulublar.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşma üzvləri tərəfindən hazırlanmış saxta ABŞ dollarları yüksək keyfiyyətli olub, üzərində təsvir olunan portretlər və dəyərini bildirən rəqəmsal qeydlər metaloqrafik çap üsulu ilə hazırlanıb.
Saxta valyutanın qrup halında alınması, saxlanması və satılması faktı üzrə istintaq aparılır, cinayət Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsinin “q” bəndində nəzərdə tutulub və bu cinayətə görə 7 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılır.


