Avropaya getmək istəyənlərin nəzərinə! Yeni qayda tətbiq olunur
Avropaya səyahət etmək üçün yeni qaydalar tətbiq olunur.
InterPress.ge xəbər verir ki, Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Avropaya səyahətin yeni qaydaları ilə bağlı məlumat yayıb.
"2024-cü ildən Gürcüstan da daxil olmaqla 59 ölkə vətəndaşlarının Avropada vizasız gediş-gəlişdən istifadə etməsi, “Avropa Səyahət Məlumat və Avtorizasiya Sistemi”ndən (ETIAS) ilkin səyahət təsdiqi (icazəsi) alması məcburi olacaq. Bu səyahət sübutu 27 Şengen ölkəsi, o cümlədən Bolqarıstan, Rumıniya və Kiprə daxil olmaq üçün Aİ tərəfindən yeni tələbdir.
Qeyd: ETIAS viza deyil! Vizasız səyahət rejimi Gürcüstan vətəndaşlarının Aİ/Şengen ölkələrinə qısamüddətli səfərləri üçün qüvvədə qalır.
Fırıldaqçılardan ehtiyatlı olun! ETIAS-ın yeganə rəsmi internet saytı: http://www.europa.eu/etias
ETIAS sistemi hələ fəaliyyət göstərmir. Fəaliyyətə başladıqdan sonra ərizə forması rəsmi internet saytında yerləşdiriləcək.
Ətraflı məlumat üçün https://europa.eu/!FnfNwM saytına daxil olun”, - məlumatda deyilir.


