21 
Apr
2023
22:31
327

Rusiya işğalçı qüvvələri iki Gürcüstan vətəndaşını əsir götürməyə cəhd edib

Bu gün Kareli bələdiyyəsinin Çvrinis kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri hücum edənlərə müqavimət göstərən iki Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs etməyə cəhd edib.

InterPress.ge xəbər verir ki, bu barədə
Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

DTX-nin yaydığı məlumatda qeyd edilir ki,  polis əməkdaşlarının peyda olması ilə Rusiya işğalçı qüvvələrinin nümayəndələri sürətlə ərazini tərk ediblər.

“Vətəndaşlar hazırda mərkəzi hökumətin nəzarətində olan ərazidədirlər və onlar üçün təhlükə yoxdur. Vətəndaşlar dindirilmək üçün Şida Kartli polis şöbəsindədir.

Sözügedən ciddi hadisə ilə bağlı məlumat daxil olan Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xəttini aktivləşdirib. Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar.

Mərkəzi hökumət bu məsələni bu ilin aprelin 27-də Ergnetidə planlaşdırılan Hadisələrin Qarşısının Alınması və Cavab Mexanizminin (IPRM) növbəti iclasında ciddi şəkildə qaldıracaq. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür. Bu cür qanunsuz hərəkətlər regionun təhlükəsizlik mühitinə son dərəcə ziyan vurur”, - deyə Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın