29 
Apr
2023
17:55
1179

Marneuliyə səfər edən Azərbaycanın vitse-spikeri quru sərhədlərlə bağlı açıqlama verdi

Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Adil Əliyev və nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində Marneulidə görüşlər keçirib.

InterPress.ge xəbər verir ki, Adil Əliyev Marneulidə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailələri ilə və icma nümayəndələri ilə görüşüb. 

Görüşdən sonra müsahibə verən vitse-spiker InterPress.ge-nin jurnalistinin quru sərhədlərin açılması ilə bağlı sualını cavablandırıb. 

O, qeyd edib ki, covid-19 virusu tamamilə sona çatana kimi quru sərhədlərin bağlı qalmağı məqsədə uyğundur. 

"Azərbaycan qonuş ölkələrlə sərhəddlərini bağlayıb, çünki pandemiyadan sonra Azərbaycanda xəstəliyin nə qədər böyük fəsadlar verdiyini düşünərək bağlayıb. Mən hesab edirəm ki, bu xəstəliyə tam qalib gələnə kimi quru sərhədlərin bağlı qalmağı münasibdir", - deyə vitse-spikeri Adil Əliyev bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər