12 
May
2023
09:50
425

"Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, Gürcüstan hava limanlarındakı şirkətlər sanksiyaya məruz qala bilər"

"Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, Gürcüstan hava limanlarındakı şirkətlər sanksiyaya məruz qala bilər".

InterPress.ge xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel brifinqdə deyib.

Onun sözlərinə görə, bütün Qərb cəmiyyəti Rusiya rejimindən uzaqlaşıb və indi heç bir ölkənin Rusiya ilə fəaliyyətini artırmasının vaxtı deyil.

 “Bir çox Qərb ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edir. Əgər Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa edilsə, idxal və ixrac nəzarətinə məruz qalan təyyarələrə xidmət etsələr, Gürcüstan şirkətlərinin sanksiya ilə üzləşə biləcəyindən narahat olarıq. Bütün Qərb ictimaiyyəti Rusiya rejimindən uzaqlaşıb və indi heç bir ölkənin Rusiya ilə əlaqəsini artırmaq vaxtı deyil. Gürcüstan xalqı birbaşa uçuşların bərpasını və ya viza rejiminin dəyişdirilməsini görməkdənsə, Rusiyanınsilahlı qüvvələrini Gürcüstanın 20 faizinin işğal etdiyi ərazilərdən çıxarmasına üstünlük verməlidir", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın