Baş nazir Danimarka Krallığının xarici işlər naziri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Danimarka Krallığının xarici işlər naziri Lars Loke Rasmussen ilə görüşüb.
InterPress.ge xəbər verir ki, Baş nazir Lars Loke Rasmussenə Danimarka tərəfindən Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına davamlı dəstəyə görə təşəkkür edib.
Görüşdə Gürcüstanın namizəd statusu almaq üçün atdığı addımlar müzakirə olunub.
Danimarka Krallığının xarici işlər naziri İrakli Ğaribaşviliyə Danimarkanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyib.
Hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasında enerji, müdafiə, turizm və digər sahələrdə mövcud əlaqələrə diqqət yetirilib. Onlar Gürcüstan və Danimarka arasında əməkdaşlığın hansı istiqamətlərdə daha da dərinləşdirilməsinin mümkünlüyünü müzakirə ediblər.
Ticarət-iqtisadi əlaqələrin inkişafının vacibliyinə diqqət yetirilib. Burada Gürcüstanın əlverişli investisiya mühiti vurğulanıb.
Görüşdə hökumət başçısı Danimarkanın Tbilisidə səfirliyinin açılmasının vacibliyini də vurğulayıb.
Məlumatı hökumət adminstrasiyası yayıb.


