16 
May
2023
13:59
374

4 ay ərzində Gürcüstanda pul köçürmələri 1,6 milyardı ötüb

2023-cü ilin aprel ayında ölkəyə pul köçürmələrinin həcmi 369,7 milyon ABŞ dolları (933,3 milyon lari) təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 20% (61,6 milyon ABŞ dolları) çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankıməlumat verib.

Gürcüstana ən çox aşağıda qeyd edilən ölkələrdən pul köçürülüb:

Rusiya Federasiyası - 159,6, əvvəlki illə müqayisədə artım - 19,99%;

İtaliya - 40,9, əvvəlki illə müqayisədə artım - 22,4%;

ABŞ - 34,2, əvvəlki illə müqayisədə artım - 36,7%;

Yunanıstan - 20,4, əvvəlki illə müqayisədə artım - 9,4%;

Qazaxıstan - 19,7, əvvəlki illə müqayisədə azalma - 1,51%.

Köçürmələrə gəlincə, həmin dövrdə Gürcüstandan xaricə 28,4 milyon ABŞ dolları (71,8 milyon lari) göndərilib ki, bu da 2022-ci ilin aprel ayının analoji göstəricisindən (25,4 milyon ABŞ dolları) 12% çoxdur.

Ümumilikdə, cari ilin 4 ayında Gürcüstana 1,6 milyard ABŞ dollarından çox pul köçürmələri daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,4 faiz, 853,5 milyon ABŞ dolları çoxdur.

Bu il ən çox pul köçürmələri 838,1 milyon ABŞ dolları ilə Rusiyadan olub, daha sonra 162,8 milyon ABŞ dolları ilə İtaliya və 129,2 milyon ABŞ dolları ilə ABŞ gəlir.

Bizimlə əlaqə saxlayın