“Rusiya poçtu” Gürcüstana poçt göndərişlərinin birbaşa aviadaşıma imkanlarını nəzərdən keçirir.
InterPress.ge xəbər verir ki, bu barədə “Ria Novosti”yə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Bir neçə aviaşirkətdən stabil reyslər olduqdan sonra biz operativ şəkildə poçtun (Gürcüstana) birbaşa hava daşımaları imkanlarını nəzərdən keçirəcəyik”, - məlumatda deyilir.
Şirkətin açıqlamasına görə, indi Rusiyadan Gürcüstana hava daşımaları üçüncü ölkələrdən keçir.
