17 
May
2023
15:12
275

Danimarkanın baş naziri: "Rusiyanın təzyiqi altında olan Gürcüstan və Moldovaya dəstəyi unutmamalıyıq"

“Bu masa ətrafında əyləşərkən cəbhə xəttində olan və Rusiyanın təzyiqi altında olan üzv ölkələri, Gürcüstan və Moldovanı dəstəkləməyi unutmamalıyıq”.

InterPress.ge xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mete Frederiksen bildirib.

Danimarka baş nazirinin Reykyavik sammitində bəyan etdiyinə görə, demokratiyanın geriyə getməsinin qarşısını almaq üçün səylər davam etdirilməlidir.

“75 ildir ki, Avropa İnsan Hüquqları Konvensiyası bütün Avropa vətəndaşlarının fundamental hüquqlarına xidmət edir. Prinsiplərimizin qəbul edilməsini və tətbiq olunmasını davamlı olaraq təmin etmək üçün bizim ümumi məsuliyyətimiz var. Biz demokratiyanın geri çəkilməsinə imkan verməmək üçün səylərimizi davam etdirməliyik və yeni texnologiyalardan faydalandıqca, demokratik hüquqlarımızın qəbul edilməsini təmin etməliyik”, - Frederiksen bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər