28 
May
2023
08:38
138

Rumıniya Gürcüstanında iştirak edəcəyi NATO ölkələri ilə birgə təlimlərə başlayacaq

Mayın 29-da Rumıniyada 13 ölkədən 10 min hərbçinin iştirak edəcəyi NATO-nun genişmiqyaslı “Saber Guardian-23” təlimləri başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb.

Təlimlərin açılış mərasimi bazar ertəsi Smardan poliqonunda Rumıniyanın müdafiə naziri Anxel Tilvar və qərargah rəisi general Daniel Petreskunun iştirakı ilə baş tutacaq.

“Mayın 29-dan iyunun 9-dək keçiriləcək “Saber Guardian-23” (SG23) çoxmillətli təlimlərdə Rumıniyanın 5 mindən çox hərbçisi, 1,7 mindən çox texniki vasitə olmaqla, 13 müttəfiq və tərəfdaş ölkədən ümumilikdə 10 minə yaxın hərbçi iştirak edəcək", - Müdafiə Nazirliyinin saytında bildirilir.

Nazirlik əlavə edib ki, bu, cari il üçün planlaşdırılanların ən böyük və mürəkkəb təlimdir. Əsas manevrlər “Mixail Koqelniçeanu” aviabazasında və Konstansa yaxınlığındakı hava hücumundan müdafiə məktəbinin poliqonunda keçiriləcək.

Təlimlərdə Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, Şimali Makedoniya, ABŞ, Fransa və Monteneqro hərbçiləri iştirak edəcək.

Bizimlə əlaqə saxlayın