03 
Iyn
2023
10:00
903

Gürcüstanda xarici valyuta ilə verilən kreditlərin faizi arta bilər

Bank sektoru bu il xarici valyuta kreditləri üzrə faiz dərəcələrinin daha 2-3% artımını gözləyir.

InterPress.ge xəbər verir ki, bununla bağlı Bankçılıq Assosiasiyasının prezidenti açıqlama verib.

O bildirib ki, xarici valyuta üzrə faiz dərəcələrinin artması ABŞ və Avropa Mərkəzi Banklarının pul siyasəti ilə birbaşa əlaqəlidir. Buna görə, bank sektoru yüksək faiz dərəcələrinin xarici valyuta kreditlərinin aktivliyini azaldacağını gözləyir.

"Lari ilə verilən kreditlərin faiz dərəcələri azaldılmalıdır, ilin sonuna pul siyasətinin yüngülləşdirilməsini və faiz dərəcələrinin azalmasını gözləyirik. Deyə bilərik ki, xarici valyuta [faiz dərəcələri] artır və ilin sonuna qədər artmağa davam edəcək. Bu, xarici valyutada verilən kreditlərin aktivliyini azaldacaq. Söyləmək çətindir, lakin bu il daha 2-3% artım (faiz dərəcələri) ola bilər. Bu, ən bədbin gözləntidir”, - Aleksandre Dzneladze deyib.

Milli Bankın məlumatına görə, aprel ayına olan məlumata görə, xarici valyutada kreditlər üzrə bazar faiz dərəcəsi fiziki şəxslər üçün 7,3%, hüquqi şəxslər üçün isə 11% təşkil edir. Lari ilə kreditlərə gəlincə, fiziki şəxslər üçün faiz dərəcələri 18,6%-ə, hüquqi şəxslər üçün isə 14%-ə çatır.

Bizimlə əlaqə saxlayın